x
Loading...
.

Ermənistanda ara qarışdı: Həbs olunan və yaralananlar var - VİDEO

.

Ermənistanda Baş Prokurorluğun binası qarşısında keçirilən etiraz aksiyası zamanı 14 nümayişçi polis tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəsmisi Edqar Djanoyan bildirib.

Qeyd edək ki, nümayişçilər Baş nazir Nikol Paşinyanın çərşənbə günü Sünikə səfərinə etiraz edən vilayətin icma liderlərinin sərbəst buraxılmasını tələb ediblər. Aksiyada polislə vətəndaşlar arasında qarşıdurma olub.

***

21:30

Bu gün Ermənistan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçirilib.

Metbuat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sünik (Zəngəzur-red) merinin həbsdən azad olunmasını tələb edən etirazçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb.

Məlumata görə, aksiya iştirakçıları polislərə yumurta və butılkalar atıblar. İnsident zamanı bir polis əməkdaşı xəsarət alıb. Nümayişçilər arasında saxlanılanların olduğu bildirilir.

Hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR