x
Loading...
.

Supermarketlərdə saxta endirimlər, kassalarda növbə, müştəri narazılıqları - Çıxış yolu nədir? / Ekspert rəyi

.

Böyük marketlərdən alış-veriş edən müştərilər daima orada baş verən ənənəvi problemlərdən şikayətlənirlər. Zaman-zaman bu məsələlər həllini tapsa da davamlı olmur, gündəmdə olan yerini itirmir.

Metbuat.az mövzunu araşdıraraq, öncə supermarketlərdən şikayətlənən bəzi müştərilər arasında sorğu aparıb. Sorğuya əsasən məlum oldu ki, əksər müştərilər eyni problemlərdən şikayət edirlər.

29 yaşlı Ravin Səddullayev deyir ki, satıcılar elə davranır ki, sanki mən məcburam onlarla üz-göz olmağa. “Deyirsən ki, zəhmət olmasa böyük qabda çəkib şor verin, cavabında elə baxırlar üzümə ki, günahkar və borclu hiss edirəm özümü. Onlar düşünmürlər ki, əgər müştərilər o marketdən alış-veriş etməsələr onların da maddi durumu heç də ürəkaçan olmayacaq. Nəticədə maaşları müştərilərin hesabına formalaşır’’.

31 yaşlı Fərid Mənsimov deyir ki, heç vaxt marketdən növbə qaydasına riayət edilmir. “Bir də görürsən ki, araba ilə alış-veriş edən alıcı ilə, əlinə səbət götürüb bazarlıq edən şəxs eyni kassada gözləyir. Az sayda alış-veriş edən adam daha tez mağazadan çıxa bilər, amma böyük miqdarda bazarlıq edən xalaya görə mən nə üçün dəqiqələrlə, bir saqqız bir çörək əlimdə növbə gözləməliyəm? Mən ayrı-ayrı kassaların olmaması səbəbindən böyük marketlərdən alış-veriş edə bilmirəm’’.

25 yaşlı Sahilə Musayeva isə marketdə hər hansı bir mal barədə məlumat almaq üçün satıcı tapa bilməməsindən şikayətçidir.

“Ümumiyyətlə, sanki supermarketlərdə gülərüz personal qıtlığı var. Kassirlər alıcılara elə davranır ki, qorxub o mağazaya bir də ayaq basmaq istəmirsən’’.


58 yaşlı Qabil Quliyev bildirdi ki, növbədə adamların çox olmasına baxmayaraq digər kassalarda yer açmırlar. “Qiymətlər mallara düzgün vurulmadığından, malı alırsan kassaya gedəndə başqa qiymət qarşına çıxır”.

25 yaşlı İsmayıl Hüseynov isə kassada çeklərin verilməməsindən şikayət edir. “Adətən marketlərdə alış veriş edən zaman pulun qalığı olan 1-3-4 arası qəpiklər qaytarılmır. Amma biz ödənişi 5 qəpiklə toplayıb versək o zaman kassir üz-gözünü turşudaraq “bizbu qəpikləri götürmürük’’ deyəcəkdir”.

25 yaşlı Fatimə Mövsümova və Şərqiyyə Ağayeva deyir ki, onlar marketdə məhsulları axtaran zaman kömək üçün bu işə məhsuliyyətli olan işçini tapa bilmirlər.

“Marketdə çeşidlərin az olması, bəzi ərazilərdə ümumiyyətlə yaxın market olmaması bu sahədə ən çox narahat edən məsələlərdir’’. Sorğudan da göründüyü kimi alıcılar ən çox kassa və gülərüz personalın olmamasından narazıdırlar.

Məsələyə münasibət bildirən tanınmış marketoloq Müşfiq İskəndərov Metbuat.az-a açıqlamasında şikayət predmeti olan faktları təsdiqlədi.

“Supermarket şəbəkələri xidmət sahələrinin üzdə olan sahəsi olduğu üçün müştərilər daha çox neqativi bu sahələrdə yaşayırlar. Bəzən mağazalarda malların vitrindəki qiyməti ilə kassadakı qiymətləri uyğun gəlmir. Vitrindəki qiymət ucuz olsa da, kassada bunun əksini müşahidə etmək olur. Bu problem marketlərdə alıcılarla satıcılar arasında ən çox rast gəlinən mübahisə mövzusudur.

Bu narazılıqlar sırasında market daxilində olan reklam kampaniyalarına da diqqət yetirmək lazımdır.

Bəzən müştərilər reklam kampaniyalarının supermarketdə yalnız nisbi məhsullara aid olmasından şikayət edirlər. Bütün bunlar müştəri ilə mağaza arasında doğru halqanı pozan əmsallardan biridir’’.

Müşfiq İskəndərov deyir ki, bu vəziyyəti həm də, müştəri haqlarının tapdalanması da adlandırmaq olar. Təbii ki, burada müştərilərin rolu daha azdır nəyin ki, supermarketlərin atacağı addımlar.

Elektronika məhsullarının geniş seçimini minimum qiymətlərlə almaq üçün  artıq uzağa getməyə ehtiyac yoxdur. Gənclik Mall-… | Home appliances,  Vacuum, Vacuum cleaner

“Bizdə supermarketlər hadisəyə yalnız loyallıq gözü ilə baxırlar amma düşünmürlər ki, bu kiçik detallar müştəriləri narahat edə bilər. Demək olar ki, bütün supermarketlərin kartla bonus proqramının loyallıq problemi var. Halbuki əhali kütləsinin kasıb olduğu ölkələrdə bu xidmətlərdən geniş istifadə edirlər. Düşünürəm ki, bu ciddi bir əmsaldır. Məsələyə digər tərəfdən yanaşan zaman bu bonusu toplayan müştərinin sabah yenidən həmin supermarketə gəlib alış-veriş etməsi də dəqiq bilinmir’’.

Bəs market və müştərilər arasında olan zənciri necə bərpa etmək olar?

Bravo Supermarket opens on West King Street; Owners of C-Town will operate  full-service store | Local News | lancasteronline.com

“Xidmət sektorunda bu məsələyə fərdi yanaşıla bilər. Öncə reklam xətaları aradan qaldırılmalıdır, vitrinlərin düzülüşü qiymət və kassa çekləri arasında uyğunluğun qorunmasına, eyni zamanda müştəri və satıcı münasibətlərini düzgün tənzimləyə bilən cavabdeh şəxslər olmalıdır. Problemlər həll olunacağı təqdirdə supermarketlər daimi müştərilər qazanmaqla bərabər yeni müştərilərin də diqqət mərkəzində olacaqlar”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR