x
Loading...

YAP-ın Hüseynbala Mirələmov haqda qərarı BƏLLİ OLDU

.

Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP sıralarından xaric edilib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb.

Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR