x
Loading...
.

Daha iki ölkə rus diplomatları ölkəsindən QOVUR

.

LitvaLatviya rusiyalı diplomatları ölkədən çıxarır.

Metbuat.az xəbər verir ki, bu barədə hər iki ölkənin Xarici İşlər nazirlikləri məlumat yayıb.

Latviya xarici işlər naziri Edqar Rinkeviç bildirib ki, Çexiya ilə həmrəylik əlaməti olaraq belə addım atılır.

"Çexiyalı müttəfiqlərimizlə həmrəylik əlaməti olaraq və Vyana Konvensiyasının pozulması ilə əlaqədar Latviya rus diplomatının ölkədən çıxarılmasına qərar verib. Latviya nə özünün, nə də tərəfdaşları və müttəfiqlərinin ərazisində təxribata dözməyəcək", - deyə Rinkeviç Twitterdə yazıb.

Litva isə Rusiya səfirliyinin iki diplomatını ölkədən çıxarmaq qərarına gəlib. XİN-in açıqlamsında deyilir ki, iki rusiyalı diplomat "persona non qrata" elan edilib. Onlar diplomatik statuslarına uyğun olmayan fəaliyyət həyata keçirdikləri üçün Litvadan çıxarılırlar. Diplomatlara yeddi gün vaxt verilib. (Azvision)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR