x
Loading...

FHN Şuşada təlim keçdi

.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində aparılan yenidənqurma işləri zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, DYNX Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Şuşa şəhərində yerləşən yaşayış binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları üçün yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib.

Tədbirdə müvafiq yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri təhlükəsizlik tədbirləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb.

Həmçinin müəssisə əməkdaşlarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi nəzərə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR