x
Loading...
.

Makrona ŞOK MƏKTUB: Fransanı belə çökdürəcəklər - Vətəndaş müharibəsi, xaos...

.

Fransada yüksək rütbəli zabitlər ölkədə xaosun olduğu və bunun günbəgün dərinləşdiyi barədə prezident Emmanuel Makrona məktub ünvanlayıb.

Metbuat.az xəbər verir ki, 20 general, 100 yüksək rütbəli zabit və 1000-dən çox əsgərin imzasının olduğu məktubda hökumətə vətənpərvərliyi müdafiə etmək üçün çağırış edilib. Bildirilib ki, ölkədə bir sıra təhdidlər var. Fransa ənənələrindən uzaqlaşır və ölkədə irqçi ayrı seçkilik dərinləşir. Onların iddiasına görə, bəzi qüvvələr ölkəni xaosa sürükləmək istəyir. Məktubda qeyd olunur ki, yuxarı dairələr əməllərini ört-basdır etmək üçün polisi vətəndaşların önünə çıxarır və nəticədə polis hədəfə çevrilir:

“Artıq ləng hərəkət etmək üçün vaxt qalmadı. Əks təqdirdə böyüyən xaos sabah vətəndaş müharibəsinə səbəb olacaq və sizin məsuliyyət daşıyacağınız minlərlə ölüm baş verəcək”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR