Generaldan erməni ''soyqırımı'' iddialarına CAVAB:

“Erməni “soyqırımını’’ tanıyanlar Xocalıda, Bərdədə, Gəncədə, Tərtərdə baş verən erməni vəhşiliklərinə göz yumanlardır”. Türkiyənin heç bir dövlət qarşısında bu saxta soyqırım iddiası ilə bağlı gizlətdiyi tarixi sənəd, arxiv məlumatı yoxdur. Bu mənada “qondarma erməni soyqırımı” iddialarına qarşı Türkiyə bütün arxivlərini açıb dünyanın ixtiyarına vermişdir. Araşdırın görün həqiqət nədən ibarətdir?”.

Bu ekskluziv açıqlamanı Metbuat.az-a Türkiyənin Azərbaycandakı keçmiş ataşesi, Türkiyə Cumhuriyyətinin ehtiyyatda olan generalı Yücel Karauz bildirib.

O saxta soyqırım iddiaları ilə bağlı tarixi həqiqətləri danışaraq qeyd etdi ki, 1915-ci ildə ABŞ prezidentlərindən olan Vudro Vilsonun dönəmində qəbul edilmiş hesabatlara diqqət çəksək görərik ki, o zamanda hazırlanmış “Harbord” hesabatında qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların doğru olmadığı müəyyən edilib.

General Yücel Karauz: “Heç kim Azərbaycanın səbrini və qətiyyətini  sınamamalıdır”

“Prezidentlər Corc Buş və Barak Obama dönəmlərində hazırlanmış hesabatlarda da erməni iddialarının tarixi gerçəklik olmadığı, bunların uydurma olduğu bəyan edilib. Ronald Reyqanın müşaviri olmuş Bryus Feyn də soyqırım iddiasını erməni tarixçilərinin uydurması adlandırıb. Reyqanın tapşırığı ilə aparılan araşdırmada məlum olub ki, “erməni soyqırımı” barədə deyilənlər əsassızdır. "Türklər arxivlərini açdılar, ermənilər də o arxivləri açsalar, türklərdən üzr istəməli olacaqlar'' deyə ifadə edilmişdir.

1877-1878 ci ildə Osmanlı Rus müharibəsindən sonra ermənilər Osmanlı imperatorluğuna xəyanət ediblər. Onlar ruslarla bərabər minlərcə Osmanlı türkünə qarşı soyqırım faktı həyata keçirərək ordu birliklərini zərər vermişdilər”.

General deyir ki, Osmanlı dövründə yaşayan ermənilər sayını ortaya qoymadan onların "soyqırım" yalanını da üzə çıxara bilmərik.

“1897-ci ildə Osmanlı imperiyasında yaşayan ermənilərin sayı 1 milyon 42 min olub, 1914-cü ildə isə Osmanlı coğrafiyasında 1 milyon 229 min erməni yaşayıb. Çox maraqlıdır ki, Osmanlı ərazisində 2,5- 3 milyon erməni olduğu iddiasını ortaya atan şəxs də milliyətcə erməni olan Mıqırdıc Snapyan olmuşdur. Bəs necə ola bilər ki,1milyon 229 min erməni sayına məxsus coğrafiyada saxta soyqırım iddiası ilə 3 milyona yaxın erməninin qətl edilib? Əlbəttə bu çox böyük bir yalandır”.

Bəs tarixi həqiqətlər necədir?

“Əslində, bütün xəbərdarlıqlara baxmayaraq aparılan axtarışlardan sonra, erməni təşkilatlarının tamamilə üsyana hazırlaşdıqları başa düşüldü və vəziyyəti nəzarətə götürmək üçün Osmanlı rəhbərliyi 24 aprel 1915-ci il tarixli bir sənəd yayımladı.

Bu sənəddə Daşnak, Hınçak və buna bənzər erməni komitələrinin bağlanması, sənədlərinin götürülməsi, rəhbərlərinin və fəaliyyətlərinin zərərli olduğu bilinən ermənilərin həbs edilmələri və yerlərində qalmaq üçün əlverişsiz sayılanların tapşırığı verilmişdir.Osmanlı sənədlərinə görə, həbs olunan ermənilərin çox hissəsi sərbəst buraxıldı, bəziləri deportasiya edildi və ağır cinayətləri olan bir qismi müharibənin sonuna qədər nəzarət altında qaldılar.

27 May 1915-ci il tarixli “Söbh və isqan haqqında” (“Köç”) qanun qüvvəyə minir. Həmin qanun ilə yalnız döyüş bölgəsindəki və təchizatı yollarındakı ermənilərin deportasiya və məskunlaşmaya tabe olmasına qərar verildi; Üç böyük vilayət - İstanbul, Ədirnə və İzmirin bu qanunun əhatə dairəsindən çıxarıldığını və qanunun tətbiqi üçün 28 Avqust 1915-cü il tarixli sənədlə əlavə istisnaların tətbiq olunub. Görünən odur ki, ermənilər 24 aprel 1915 ci ildə “Söbh və isqan haqqında” qanunun qəbul edildiyi tarixə əsaslandırılmaqla saxta soyqırım xülyası yaradıblar.

General qeyd etdiki, Osmanlıda yaşayan bütün ermənilərin sürgün edilməsi ilə bağlı iddialar tamamilə yalandır. Belə ki, 1914-cü ildə 20-ə yaxın rayonda dağınıq şəkildə yaşayan ermənilərin yalnız 7 rayonda yerdəyişməsi baş verib. Ermənilərin xəyanəti, hər fürsətdə arxadan zərbə vurmaq, satqınlıqları və bunun dövlətin təhlükəsizliyinə təhdidi nəzərə alınaraq hökumət mayın 15-də ermənilərin yerdəyişməsi haqqında qərar qəbul etmək məcburiyyətində qalıb.

“Məlum olur ki, bu hadisələri törədən qiyamçı dəstələrin böyük əksəriyyəti ermənilərdən təşkil edilib. Bütün bunlar isə Osmanlı hökumətinin Daxili İşlər Nazirliyindən Başbakanlığa göndərilmiş 1915-ci il 1 may tarixli məlumatda da öz əksini tapmışdır. Məlumatda qiyamçı erməni dəstələrinin Van, Bitlis, Ərzurum, Adana, Sis, Mərsin, İskəndərun və Antakyadan ölkənin cənub vilayətlərinə köçürülməsi məsələsi də xahiş olunurdu. 1915-ci il 30 may tarixli məlumatda isə köçürülən ermənilərin məskunlaşdırılması, onların iaşə və tibbi məsələlərinin həlli tələb edilirdi. Osmanlı hökumətinin 1 iyun 1915-ci il tarixli digər bir məlumatında isə orduya zərər verilməsinin qarşısının alınması üçün erməni əsgərlərinin döyüş birləşmələrindən çıxarılaraq təchizat birləşmələrinə göndərildiyi və cəbhə bölgəsində məskunlaşmış ermənilərin İraqa köçürüldüyü aydın olur. Bununla da açıq görünür ki, Osmanlı hökumətinin 1915-ci il 24 aprel tarixli “Təhcir qanunu”nda əksini tapmış təhlükəli hesab olunan qiyamçı dəstələr, dövlətə xəyanət edənlər ermənilər arasında daha çox müşahidə edilirdi.

Başbakanlıq Osmanlı arxiv sənədlərində köçürmə zamanı ölənlərin sayı barədə də məlumat verirdi. Belə ki, göstərildiyinə görə, köçürülən 478.758 ermənidən 382.148 nəfəri köçürülən bölgələrə gəlib çatmışdır. Müharibə şəraitinin çətinlikləri, ağır yol həyatı, xəstəliklər və bu kimi səbəblərdən ölən ermənilərin sayı isə 200 min nəfərə yaxın olmuşdur. Bütün bu gerçəkliklərin işığında köçürmə zamanı ölən ermənilərin sayının 1.200.000-dək şişirdildiyi, bunun elmi əsaslara söykənmədiyi və sadəcə təbliğat xarakteri daşıdığı bir daha aydın görünür. Hətta ölənlərin sayı ildən-ilə artırılır. Utanmadan bu rəqəmi indi üç milyona çatdıran erməni boşboğazları da vardır.

Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini və sağlamlıqlarını qorumaq üçün jandarm qüvvələri və həkim dəstəsi ayrılmışdı. Ermənilər Van, Bitlis və Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə, indiki Suriya və Livan ərazisinə köçürülmüşdülər. Təbii ki, bu köçürmələr ağrısız-acısız ötüşmür… Üstəlik, birbaşa xəyanətdə əli olan əsgər və zabitlər müharibə qanunları əsasında cəzalandırılırdılar”.

Yücel Karauz bildirdi ki, 1916-cı il oktyabr ayında olan başqa bir məlumata görə, təxminən 702 min 900 nəfər erməni köçürülmüşdü. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi.

Deməli, 24 aprelin soyqırımı kimi qondarılmasının “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün isə ermənilər heç bir həqiqətə söykənməyən, 1 milyon 500 min nəfər erməninin qırıldığından yazırlar. Həmişə yalan və böhtan yazan ermənilərdən həqiqəti gözləmək özünü aldatmaq kimidir.

“Xalqın və dövlətin birliyini qorumaq üçün erməni, rum və ərəblər Ərzurum, Van, Bitlis vilayətləri ilə Adana, Sis, Mersin, Maraş və Hələbin mərkəzi istisna olmaqla, Adana, Mersin, Kozan livaları ilə Maraş sancağı, mərkəz qəzaları istisna olmaqla, İskəndərun, Beylan və Antakya qəzalarının kənd və qəsəbələrində təhlükəli görünən ermənilər Suriya və İraqın şimalına – Urfa, Zor, Hələb, Harran, Mosul, Diyarbəkir və Cizrə bölgələrinə köçürülmüşdür”. Tələt paşanın “Təhcir qanunu” ilə bağlı bu məzmunlu şərhindən görünür ki, dövlətin bütövlüyünə zərbə vuran və silahlı üsyan edənlər daha çox imperiyanın erməni əhalisi olmuşdur. Ermənilər qondarma iddialarını “soyqırımı” adında 1965-ci ildən gündəmə gətiriblər. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyi ilə böyük bir kampaniyaya çevrilib. Bildirmək istəyirəm ki, “erməni soyqırımı’’ tarixi faktlara əsaslanmayır və yalandır. Əgər həqiqətən dünya soyqırım faktını qəbul etmək istəyirsə Qafqazda baş verən Xocalı soyqırımını tanısın’’.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR