Azərbaycanlı məşhurun ailəsində DƏHŞƏTLİ

Əməkdar mədəniyyət işçisi, İRS folklor ansamblının rəhbəri Sidqi Mustafayev, xanımı Fəridə və qızı Təravət xanımın bir müddət əvvəl koronovirus infeksiyasından vəfat etməsindən sonra tarzənin digər qızı Hökümə də bu gün COVID-19-dan dünyasını dəyişib.

Bu barədə məlumatı ailənin yaxınları verib.

Bildirilib ki, Hökümə ilə yanaşı bu gün onun qayınanası Səriyyə xanım da virusdan vəfat edib.

Hökümə ailəlidir, onun iki qız, bir oğul övladı var.

Qeyd edək ki, Hökümə bir neçə həftə əvvəl Axşam.az-a açıqlamasında atasının, anasının və bacısının vəfatından danışmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR