Pul qabınız yerə düşərsə... (VİDEO)

Pul qabınız yerə düşərsə... (VİDEO)
16:36 18 Yanvar 2015
165 Digər
Ölkə mətbuatı
A- A+

Əgər pul qabınız xəbəriniz olmadan yerə düşərsə, necə olar?

ANS PRESS-in məlumatına görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində belə bir təcrübə aparıblar.

Belə ki, bir gənc oğlan küçədə və bəzi ticarət mərkəzlərində, mehmanxanalarda gedərkən pul qabını qəsdən yerə salır. Ardınca isə o, bundan xəbəri yoxmuş kimi yoluna davam edir. Bütün bu müddət ərzində onu gizli kamera ilə çəkirlər.

Oğlan bunu 45 dəfə təkrar edir və hər dəfə də yanından keçənlər onu çağırıb pul qabının düşdüyünü deyiblər. Bəziləri isə pul qabını götürüb oğlanın özünə qaytarıblar.

Video "Youtube" video portalında 5 gün ərzində 66 min dəfədən çox izlənib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR