Ermənilər türklərin evinə hücum etdi -

Fransada ermənilərdən ibarət 40 nəfərlik qrup türk ailəsinin evinə hücum edib.

Metbuat.az xəbər verir ki, Kellermen məhəlləsində yaşayan türk ailəsinin evinə basqın edən ermənilər 4 nəfərə xəsarət yetirib. Məlumata görə, əvvəlcə ailələr arasında kiçik münaqişə yaranıb. Lakin tərəflər danışaraq aranı sakitləşdiriblər. Bir neçə saat sonra isə ermənilər bir araya gələrək böyük qüvvə ilə türk ailəsinin evinə hücum ediblər.

Hücum edənlərdən birinin Qarabağ müharibəsində iştirak etdiyi məlum olub.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR