“Ağ ev”in ağ yalanı:

''Bayden əvvəl, ABŞ prezidentləri, NATO müttəfiqi və Yaxın Şərqdəki əhəmiyyətli bir güc olan Türkiyə ilə münasibətlərini korlamamaq üçün 1915 hadisələri üçün "erməni soyqırımı" əvəzinə "fəlakət" və ya "qaranlıq dövr" ifadələrindən istifadə etməyi üstün tutdular. ABŞ prezidenti radikal erməni qrupların və antitürk dairələrinin təzyiqi altında baş verən hadisələrin tarixi izahını qəbul etmədən, bizi ən sərt şəkildə reaksiya verməyə sövq edirlər''.

Bu açıqlamanı Metbuat.az-a politoloq Züriyyə Qarayeva edib. O bildirdi ki, "soyqırımı" ifadəsinin elmi və hüquqi əsaslara və ya bu mövzuda çıxarılan nəticələrə əsaslanmadığı aydındır. Siyasi şərhçi deyir ki, 1915-ci il hadisələri ilə əlaqədar olaraq, beynəlxalq hüquqa görə müəyyən edilmiş soyqırımı ifadəsinin istifadəsi üçün zəruri şərtlərin heç biri mövcud deyildi.

Erdoganin plani iflasa ugradi - Türkiyə öhdəsindən gələ bilmir

"Türkiyədə bütün siyasi spektrin nümayəndələri bu addımı sərt şəkildə qınadı. Xatırladım ki, Türkiyə rəhbərliyinin 2005-ci ildə elmi dəlillərə əsaslanaraq 1915-ci il hadisələri ilə bağlı ədalətli mövqe ortaya qoymaq üçün ortaq bir komissiya qurma təşəbbüsü olmuşdu. Erməni tərəfinin hələ də belə bir komissiyanın yaradılmasına razı olmamasına baxmayaraq, bu təşəbbüs aktual olaraq qalır. ABŞ prezidentinin tarixi mövzularda qərar qəbul etmək üçün nə qanuni, nə də mənəvi səlahiyyəti var. Zənnimcə Co Baydenin açıqlaması mənasız və təsirsizdir.

Amerika tərəfi soyqırımı tanıdığını elan etdikdən dərhal sonra Türkiyə prezidenti Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığı, bu görüşdə siyasətçilərin Baydenin qərarına cavab olaraq iki ölkənin birgə atılacaq addımlarının müzakirə edildiyi məlum oldu''.

Züriyyə Qarayeva deyir ki, Azərbaycan cəmiyyəti olaraq öz tariximizi heç kimdən öyrənə bilmərik. Siyasi fürsətçilik barışığa və ədalətə ən böyük xəyanətdir. Yeganə əsası populizm olan bu ifadəni tamamilə rədd edirik. Ağır günlərimizdə yanımızda olan Türkiyənin yanında olmalıyıq.

Baydenin "Ərdoğan sevgisi" "Patriot"un partlayış gücünə bənzədilir:  Türkiyənin konservatora çevirdiyi qoca demokrat… » Ovqat.com

''Diqqət edin, tarixi həqiqətləri təhrif edən ABŞ-ın bu açıqlaması türk xalqlarının şüurunda heç vaxt qəbul olunmayacaq və hesab edirəm ki, ABŞ-la qarşılıqlı inamımızı və dostluğumuzu sarsıdan ağır bir zərbə olacaqdır. Erməni lobbisinin təsiri eyforiyasına uyan bəzi beynəlxalq siyasi dairələrin məmnuniyyətindən başqa bir məqsədi olmayan bu böyük səhv tarixdən düşmənçilik yaratmağa çalışan belə dairələrin gündəminə xidmət etmək əvəzinə, onları bölgədəki xalqları arasında dinc yanaşı yaşamaq praktikasını qurma səylərini dəstəkləmək məncə daha sağlam təfəkkürlü addımlar olardı.

Düşünürəm ki, pafoslu təsir mexanizmi alətinə çevrilən bu ifadə, elə telefon danışığında bu niyyət eşidildikdə, telefonu Baydenin üzünə bağlanması və NATO sammiti toplantısından imtina etməklə bu hərbi alyansı tərk etmək və İncirlikdəki hərbi bazanın bağlamaq lazım idi. Bu baxımdan, qondarma "soyqırımı" müzakirə edənləri, tarixi yenidən yazmağa çalışanları, lazımi cavabı verə bilməyənləri,o cümlədən mövsümi siyasi maraqları dostluqdan-qardaşlıqdan üstün tutanları heç anlamış deyiləm''.

Türkiyə-Azərbaycan birliyinin növbəti uğuru - İki sahil

Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu qeyd edən Züriyyə Qarayeva vurğuladı ki, ''soyqırım'' açıqlaması xəbərindən sevincək düşən ermənilərin və Ermənistan rəhbərliyinin Türkiyəni təkləmək arzularını könüllərində qoymaq üçün bizlər də öz varlığımızı hər cəbhədə ortaya qoymalıyıq.

''Diqqət edin, özgə torpaqlarında qurulan Ermənistanın marionet baş naziri Paşinyanın bu gecə sanki qələbə eyforiyası ilə söylədiyi -"Ermənistan üçün soyqırımın tanınması həqiqət, tarixi ədalət və təhlükəsizlik məsələsidir, bu, Ermənistan və Azərbaycan arasında keçən ilki müharibə işığında xüsusilə vacibdir" - ifadələr bizləri də bu hadisələrə biganə qalmamağa vadar etməlidir''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR