Dəhşətli qəzadan 35 il keçdi -

Çernobil Atom Elektrik Stansiyasında baş verən qəzadan 35 il keçir.

Metbuat.az 26 aprel 1986-cı ildə baş verən qəza ilə bağlı bir neçə tarixi faktı diqqətinizə çatdırır.

Bu qəza atom energetikası tarixində ən iri həcmli qəza kimi qeydə alınıb. Faciəvi hadisə minlərlə insanın həyatına son qoydu, bir çox xəstəliklərin (o cümlədən onkoloji) yaranmasına səbəb oldu və ətraf mühitə bərpa olunmaz zərər yetirdi.

http://imageshack.com/a/img673/3262/b5NHCl.jpg

Çernobil hadisəsi bütün şəhəri xarabalığa, ətrafdakı zonaları isə yüksək radioaktiv ərazilərə çevirdi. Çernobil qəzasını Fukusima-1 AES-da baş verən qəzadan yalnız bir şey fərqləndirirdi: Çernobil insanların səhvi, Fukusima-1 isə təbiətin şıltaqlığı nəticəsində baş vermişdir. Çernobil qəzası nəticəsində yaranmış radioaktiv şüalanma Xirosima və Naqasakidəki şüalanmadan qat-qat güclü olmuşdur.

http://imageshack.com/a/img909/6373/rMyK5P.jpg
Qəza zamanı, buxar partlayışının təsiri məntəqədə 2 ölümə səbəb oldu: biri partlayışdan dərhal sonra, digəri ölümcül bir ionlu radiasiya dozu ilə öldü. Sonrakı günlər və həftələr boyunca 134 əsgər, 28 yanğınsöndürən və işçilər aylar ərzində ölən akut radiasiya sindromu səbəbi ilə xəstəxanaya yerləşdirildi. Əlavə olaraq, 134 xəstəxanada sağ qalan bu qrup arasında təxminən 14 radiasiyaya bağlı xərçəng ölümü önümüzdəki 10 il ərzində izlənildi.

http://imageshack.com/a/img673/8550/GjiZRt.jpg

Qəzanın səbəbləri – təcrübəsiz, təkmilləşməmiş heyət və reaktorun qeyri-qənaətbəxş konstruksiyası olmuşdur. Qəza gecəsində 2 nəfər ölmüş, növbəti həftayə isə artıq 28 nəfər həyatını itirmişdir. Ən dəhşətlisi isə radiasiyadan ölənlərin sayının daima artması idi. Nüvə hadisələrinin Beynəlxalq Şkalasına əsasən Çernobil şüalanması ən maksimal – 7 balla qiymətləndirilir və insan həyatı üçün təhlükəli xarakter daşıyır.

http://imageshack.com/a/img540/3389/4JghOe.jpg

Qəzanın nəticəsi olaraq radioaktiv buludlar və yağışlar nəinki ölkə ərazisində, həmçinin onun kənar sərhədlərinə də yayılmışdır. Burada qonşu kimi ən çox Belorusiya zərər görmüşdür.

http://imageshack.com/a/img661/4913/XPNU4d.jpg

Həmin dövrdə yaşamayan və həmin hadisələri görməyən müasir gənclik üçün qəzanın təhlükəsi bir qədər şübhəli görsənə bilər, lakin ən sadə dildə faktlar əsasında misal çəkərək bu şübhələri aradan qaldıraq: qəza baş verəndən sonra hamilə qadınları hamiləliklərini süni yolla dayandırmağa (aborta) səsləyirdilər, çünki yüksək radiasiyanın nəticəsi olaraq körpələr ciddi fəsadlarla doğula bilərdilər (doğurdanda doğulan körpələrin əksəriyyəti ölü və ya qüsurlu doğulurdular).

http://imageshack.com/a/img537/8705/8qLfCM.jpg

Radiasiya sızmasının qarşısını almaq məqsədi ilə Çernobil Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun üzərinə xüsusi qoruyucu örtük – Sarkofaq tikilmişdir, lakin bu örtüyün istifadə müddəti 30 ildir. 30 ildən sonra o, yararsız hesab oluncaq.

http://imageshack.com/a/img911/3972/2s9NCV.jpg

800.000 insan qəzanın fəsadlarını likvidləşdirərkən radiasiyaya məruz qalmışdır. Onlardan 25.000-i həyatını itirmiş, 70.000-i isə əlillik qazanmışdır. Ən birinci zərərə məruz qalanlar isə yanğın söndürənlər olmuşdur. Beləki, onlar qəzanın mahiyyətini anlamayaraq öz işlərinə davam edirdilər. Bir neçə gündən sonra bütün yanğın söndürənlər həyatını itirmişdilər.


Çernobıl qəzası həm maliyyət, həm də ziyanına görə tarixdəki ən faciəvi nüvə stansiyası qəzası sayılır. Beynəlxalq Nüvə Hadisə şkalasında maksimum sinifləndirmə olan "7-ci səviyyə böyük qəza" olaraq sinifləndirilən sadəcə 2 nüvə enerji qəzasından biridir. Digəri Yaponiyadakı 2011 Fukuşima fəlakətidir. Daha böyük fəlakət potensialına sahib olduğu düşünülən ssenarilərə qarşı müdafiə mübarizəsi, ətraf mühitin daha sonra dekontamonasiya cəhdləri ilə birlikdə, 500.000 likvidator ilə nəticələndi və təxmini 18 milyard rubl dəyərində oldu.

Hazırladı:Gülbəniz Ağayeva / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR