Ermənilər ŞOKDA!

Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Səfər çərçivəsində Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva sosial şəbəkədəki hesablarından müxtəlif fotolar paylaşıblar.

Paylaşımlardan biri də uzunömürlü çinar ağacı ətrafında çəkilən fotoşəkil olub. İzləyicilərin böyük marağına səbəb olan bu şəkil, Ermənistan mətbuatında da rezonans doğurub.

The Aliyevs published a photo of Sosiner Park

Metbuat.az xəbər verir ki, bu barədə ''Hrparak''nəşri erməni politoloq Hayk Martirosyanın sosial şəbəkədə paylaşdığı fikirlərinə istinadən məqalə yayımlayıb. Martirosyan açıqlamasında kədərə boğularaq yazır ki, Nikol Paşinyan rejimi nəyin ki, torpaqları hətta daha çox şeyi Azərbaycana verdi. ''Sosiner Parkı'' adlandırdıqları əraziyə prezident İlham Əliyevin səfər etdiyini yazan Martirosyan artıq Zəngəzurun taleyi ilə bağlı ciddi narahat olduğunu da gizlətməyib. Onun fikrincə adı çəkilən park Zəngəzurun ərazisinə daxildir. Politoloqun bu açıqlamasından sonra hiddətlənən izləyicilər, onu yalnış məlumatlar verməkdə ittiham ediblər.

Onlar ilk öncə, Ermənistanın daxilində olan xainlərin məhv edilməsinin vacib olduğunu xatırladıblar. Paşinyanın uğursuz siyasəti ucbatından, övladlarının taleyindən xəbərsiz olduğunu yazan erməni izləyicilərin fikirlərindən də aydın olur ki, düşmən 44 günlük Vətən müharibəsindən sonra hələ uzun müddət özünə gələ bilməyəcəkdir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR