SON DƏQİQƏ: Müharibə başladı - Əsgərlər silahları qoyub qaçdı /

Myanma-Tailand sərhədində şiddətli partlayışlar baş verib.

Metbuat.az xəbər verir ki, Myanmada hərbi çevrilişə qarşı olan“Karen xilaskar ordusu” adlı silahlı qrup ordunun mövqelərinə irimiqyaslı hücum təşkil edib. Röyters agentliyinin məlumatına görə, üsyançılar orduya aid bazaları ələ keçirərək od vurub. Kəndilərin sözlərinə görə, çox sayda hərbçi ərazidən qaçaraq xilas olub. Tailand isə sərhəddə yerləşən iki kənddə təcili təxliyələrə başlayıb.

Qeyd edək ki, bölgədə ordunun azı 81 bazasının olduğu bildirilir. Ötən ay orduya məxsus qırıcılar Karen əyalətində üsyançıların mövqelərini bombalamışdı.Üsyançılar yerli sakinlərə orduya qarşı döyüşmək üçün təlimlər keçir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR