Fransa və Britaniya arasında balıq "savaşı"

Böyük Britaniya hökuməti krallıq sahillərində xarici ölkə balıqçılarının ov etməsinə icazə vermir.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən Fransanın Avropa işləri üzrə naziri Klement Bune krallığı “Brexit sazişinə əməl etməyə çağırıb. Açıqlamaya görə, London sazişə qismən əməl edərək, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Nazir vəziyyətin dəyişməyəcəyi halda Parisin cavab tədbirləri görəcəyini bildirib.

Qeyd edək ki, “Brexit” sazişinə görə, London Avropa Birliyi ölkələrinin vətəndaşlarına krallıq sahillərində icazə əsasında balıq ovlamasına icazə verməlidir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR