Sürücülərin diqqətinə! ''Plyonka'' ilə bağlı YENİ XƏBƏR! -

Xəbər verdiyimiz kimi, Azərbaycanda avtomobillərin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq.

Bununla bağlı müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.Sərəncamdan irəli gələrək, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, layihəni iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Mövzu barədə Metbuat.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, Azərbaycan digər ölkələrə nisbətən daha günəşli ölkədir. Bu səbəbdən də bizim ölkədə maşınların arxa yan şüşələrinə pərdə, “plyonka” vurmaq normal haldır.

Bir Eldaniz Jafar və bunu deyən yazı "NOSIL" şəkili ola bilər

“Bu gün avtomobillərin bir çoxunun artıq zavoda istehsal prosesi zamanı şüşələri tündləşdirilir. Yəni bu istehsalçının məqbul bildiyi bir standartdır. Əslində burada ciddi bir qanun pozuntusu yoxdur. Amma təəssüf ki, Azərbaycanda bəzi sürücülər bu vəziyyətdən sui-istifadə edirlər.

Onlar şüşələri normadan çox tündləşdirir, görməni məhdudlaşdırır. Hətta bəziləri ön görmə şüşəsinə də qatı tünd qara “plyonka” çəkir. Təbii ki, bu artıq nəqliyyat vasitəsini idarə edən zaman təhlükəli bir vəziyyət yaradır”.

Yeni qaydaların hazırlanıb tətbiq edilməsinin önəmini vurğulayan ekspert bildirdi ki, yolda idarəetmə zamanı bütün iştirakçılar vizual olaraq bir-birlərini görməlidirlər. Amma bəzən avtomobillərin şüşələrinin hədsiz tünd qara rəngdə üzlüklə örtülməsi axşam saatlarında sürücünün nəqliyyat vasitəsini idarə edən zaman yolu görə bilməməsinə səbəb olur. Bu da arzuolunmaz qəzaların baş verməsinə rəvac verir.

“Məhz bu kimi problemlərə, sui-istifadələrə görə də qara pərdə-plyonka məsələsi müxtəlif müzakirələrə səbəb olur. Düşünürəm ki, hörmətli baş nazirin yeni qərarı bu məsələni birdəfəlik həll edəcəkdir.Yeni qaydalar hazırlanan zaman istənilən halda qayda pozuntusu baş verərsə məhdudiyyət və cərimələrin tətbiqi labüd ola bilər”.

Pərdə, plyonka və jalüzlərlə bağlı yenilik - qanuna dəyişiklik edilir

Qeyd edək ki, Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

Küləyə qarşı şüşələr üçün - 75 %

Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %

Maşınlara pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və yasənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Bu barədə açıqlama verən DYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, yay rejimində də jalüzlərdən istifadəyə icazə veriləcək:

Kamran Əliyev başqa işə getdi – DYP-də dəyişiklik - Avtosfer.az

“Burada söhbət “plyonka”dan yox, jalüzlərdən gedir. Mayın 1-dən noyabrın 15-dək “plyonka” yox, jalüzlərdən istifadəyə icazə verilir. Əvvəlki qanunvericilik qüvvədədir, heç bir dəyişiklik olmayıb”. K. Əliyev “Əks təqdirdə, sürücülər barəsində inzibati tənbeh tədbiri görüləcəkmi?” sualına “Görülə bilər” deyə cavab verib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR