Sinir hüceyrələri və neyronları bərpa edən vitamin və qidalar -

Sinir, əsəb sisteminin normal fəaliyyəti, insanın psixi gərgin vəziyyətlərə və xroniki stresə davamlı olması üçün Mərkəzi, periferik sinir sistemi və beyinə nələr lazımdır?

Metbuat.az medicina.az-a istinadən beyinin, sinir sisteminin bərpası üçün lazım olan maddələrin siyahısını təqdim edir.

1. Oksigen, hava – bunun üçün qanda hemoqlobin, B 12 vitaminin miqdarı normada olmalıdır

2. B qrup vitaminləri – beyin və sinir hüceyrələrinin maddələr mübadiləsini təmin edir

3. Askorbin turşusu, yəni C vitamini

4. E vitamini – sinir hüceyrələrini bərpa edir, yeniləyir

5. A vitamini

6. Omeqa 3- balıq yağı

7. Maqniy, kaliy, selen – sakitləşdirir, yeni neyronlar yaradır

8. D vitamini

9. Qlükoza və karbohidratlar – energetik ehtiyatı təmin edir

Sinirlərin sevdiyi qidalar:

- Bütün qozlar, fındıq, badam – təsadüfi deyil ki, bunların forması da beyinə oxşayır.

- İspanaq, cəfəri, göyərtilər

- Giləmeyvələr – onlarda çox miqdarda vitamin, C vitamini vardır. Sinir hüceyrələrini yeniləyir

- Qara təmiz şokolad – beyin damarlarını genişləndirir, oksigeni artırır

- Yarmalar, taxıllar – qara çörək və s. B vitaminləri ilə zəngindir

- Yağlı balıq, balıq yağı, kürü, dəniz məhsulları – nevroz, depressiyanın dərmanıdır

- Pendir – istər sarı, istər ağ

- Banan – maqniy, kaliy mənbəyidir

- Təmiz bal – beyini təmiz qlükoza ilə təmin edir

Sinir hüceyrələrini nə öldürür?

- Ağ un, ağ çörək, şəkər tozu, qızartma yeməj, trans yağ, marqarin, qazlı şirəli sular, yağlı ət, soya sousu, içki, narkotik, siqaret


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR