Rusiya ordusunun təlimlərində üç yüz mindən çox

“Rusiya miqyasında ordunun döyüşə hazırlıq təlimlərinə 300 000-dən çox hərbçi və 35000-dən çox texnika cəlb edilib”.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Qərargahdan açıqlama verilib. Bildirilib ki, təlimlərə 180 hərbi gəmi, 900 təyyarə və helikopter cəlb edilib. Məşqlər 101 düşərgədə aparılıb. Təlimlər zamanı 4000-dən çox tapşırıq yerinə yetirilib.

Məlumata görə, təlimlər Rusiyanın bütün bölgələrini əhatə edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR