Tikinti qaydalarını pozan şirkətin işi dayandırıldı -

Bir neçə gün əvvəl mətbuatda Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi 2-4 ünvanında çoxmərtəbəli yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması və nəticədə, həmin obyektin yaxınlığından keçən insanların həyatı üçün təhlükə yaranması barədə məlumat işıqlandırılıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.

Nazirlikdən bildirilib ki, tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri ilə bağlı yarana bilən təhlükələrdən müdafiəsi ilə bağlı tələbin tikintini həyata keçirən “İnşaat Konstruksiyaları” MMC tərəfindən təmin edilmədiyi və bununla da ətrafdakı insanların həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN-in mütəxəssisləri tərəfindən “İnşaat Konstruksiyaları” MMC-dən ətrafdakı insanların təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq, tikinti işləri müvəqqəti dayandırılıb.

Şirkət tərəfindən qısa müddətdə ərazidə insanların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görüldükdən, o cümlədən, ərazi çəpərləndikdən, zəruri qoruyucu konstruksiyalar quraşdırıldıqdan sonra tikinti işlərinin davam etdirilməsinə icazə verilib.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR