Azərbaycanda narkotacirin evindən nələr tapılmadı...

Astarada evdən külli miqdarda narkotik maddələr tapılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş K.Ağayevin yaşadığı Astara şəhəri S.Vurğun küçəsindəki evə baxış zamanı oradan 1 kiloqram 385 qram heroin, 2 kiloqram 750 qram tiryək, 2 kiloqram 840 qram marixuana, 99 qramdan artıq metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd “Kral” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR