Azad Rəhimov Bakıya gətirildi? -

Gənclər və İdman Nazirliyi Azad Rəhimovun Bakıya gətirilməsi xəbərinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, Azad Rəhimov hələ də ABŞ-dadır, vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, 56 yaşlı nazirin artıq Bakıya gətirildiyi, koma vəziyyətində süni nəfəs aparatına qoşulduğu bildirilirdi.

***

21:00

Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib.

Metbuat.az xəbər verir ki, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı. (qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR