Xanlar Vəliyev: "Hərbi cinayətlər ümumilikdə 36,1% azalıb"

"2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış hərbi cinayətlər ümumilikdə 36,1% azalıb"

Metbuat.az xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Hərbi prokuror qeyd edib ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb. Eləcə də, qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%; qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4% və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60% azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR