SON DƏQİQƏ: İftar vaxtı DƏHŞƏT YAŞANDI:

Əfqanıstanın Lohar əyalətində şiddətli partlayış törədilib. Hadisə nəticəsində azı 30 nəfər həyatını itirib. 60-dan çox yaralı var. Tələfatın daha çox ola biləcəyi istisna edilmir.

Metbuat.az xəbər verir ki, hadisə iftar vaxtı yerli dini liderə məxsus qonaq evinin qarşısında baş verib. Terrorçular hücumu minalanmış avtomobili partlatmaqla törədib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR