Nyu-Yorkda karantin rejimi ləğv olunur

Dünyanın ən böyük meqalopolislərindən biri olan ABŞ-ın Nyu-York şəhərində iyulun 1-dən etibarən karantin rejimi ləğv olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio keçirdiyi mətbuat konfrasında bildirib.

O, şəhər sakinlərinin vaksinasiya prosesində könüllülük nümayiş etdirdiyini və kütləvi iştirakın uğurlu nəticə verdiyini deyib. Nyu-Yorkun tezliklə normal həyata dönəcəyini açıqlayan Bill de Blazio 8,3 milyon sakini olan şəhərdə 6,3 milyon insanın peyvənd olunduğunu vurğulayıb: “İyulun 1-dən etibarən Nyu-Yorkda mağazaları, ofisləri, teatrları və iş yerlərini tamamilə açmağa hazırıq”. / Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR