Türkiyəli hakim Azərbaycan futbolundakı qalmaqallı

Ötən gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Zirə" - "Keşlə" matçı qalmaqallarla yadda qaldı. Qarşılaşmanın baş hakimi Elçin Məsiyevin verdiyi qərarlar hələ də futbol ictimaiyyətində müzakirə olunur.

Metbuat.az xəbər verir ki, "Qafqazinfo" oyunda baş verən epizodlarla bağlı məşhur türkiyəli şərhçi, sabiq FİFA referisi Mustafa Çulcu ilə əlaqə saxlayıb. Türkiyə Hakimlər Komitəsinin sabiq sədri epizodları şərh edərkən bildirib ki, qarşılaşmanın qırılma nöqtəsi matçın 9-cu dəqiqəsində qeydə alınıb.

"Fənərbağça" - "Qalatasaray" matçı kimi derbiləri idarə etmiş təcrübəli mütəxəssisin sözlərinə görə, Elçin Məsiyev "Keşlə"nin futbolçusu Vüsal İsgəndərlinin rəqibə qarşı açıq ayaqla oynayır və bu, birbaşa qırmızı vərəqədir:

"17 nömrəli futbolçunun zərbəsində şiddət var. O, bütün gücü ilə rəqibi sərt şəkildə durdurmağa çalışır. Epizod müzakirəsiz qırmızı vərəqədir. Bu epizodda sarı vərəqə vermək futbolu bilməmək və hakimin qorxaqlığının nəticəsidir. Deyərdim ki, bu, qarşılaşmanın qırılma nöqtəsidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR