Hindistanda DƏHŞƏT:

Hindistanın Qucarat ştatında COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanada yanğın olub.

Metbuat.az xəbər verir ki, hadisə Bharuh şəhərindəki xəstəxananın koronavirusdlu xəstələrin yerləşdirildiyi 4-cü mərtəbəsində gecə saat 1:00 radələrində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər xəstəxananın digər mərtəbələrində olan 50 pasiyenti təxliyə ediblər. Onlar ilk olaraq 12 nəfərin meyitini aşkarlayıblar. Axtarış işlərinin gedişində daha 6 meyit tapılıb. Onların bəzisi yanğın xəsarətindən, digərləri isə tüstüdən boğularaq ölüb.

Yanğın COVID-19 xəstələri üçün şöbədə başlayıb, bir saat ərzində yanğın söndürülüb.

İlkin versiyaya görə, yanğın qısaqapanmadan baş verib.(Publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR