İranda kimyəvi zavodda yanğın -

İranın Qum şəhərində kimyəvi zavodda yanğın olub.

Metbuat.az-ın məlumatına görə, onun söndürülməsi üçün 100 yanğınsöndürən maşın cəlb olunub. Qeyd edilir ki, alovun yayılmasının qarşısını almaq mümkün olub.

Yanğının söndürülməsi zamanı yanğınsöndürən avtomobil zədələnib, həmçinin iki yanğınsöndürən xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

İnsidentlə əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR