İbrahim Tatlısəs özündən 43 yaş kiçik xanımla evləndi

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs aparıcısı olduğu "İbo Show” verilişində maraqlı açıqlamalar edib.

Metbuat.az-ın məlumatına görə, sənətçi buyaxınlarda gizli şəkildə ailə həyatı qurduğunu bildirib.

Onun həyat yoldaşı isə özündən 43 yaş kiçik Gülçin Karakaya olub.

"Xoşbəxtəm, mən evliyəm. Gülçin mənə yaxşı baxır. Mən bu saatdan sonra heç kimə hesab verəcək vəziyyyətdə deyiləm”, - deyə ifaçı sayca beşinci evliliyini şərh edib.

Qeyd edək ki, Tatlısəsin 69, həyat yoldaşının isə 26 yaşı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR