Kraliçanın sarayına girdilər -

Böyük Britaniya Kraliçası 2-ci Elizabetin yaşadığı Vindzor sarayına iki nəfərin icazəsiz girdiyi məlum olub.

Metbuat.az xəbər verir ki, hadisə ötən gün baş verib. Məlumata görə, 31 yaşlı kişi ilə 29 yaşlı qadın kraliçanın itlərini gəzdirdiyi və at sürdüyü baxçanın divarlarını aşaraq mülkə giriblər. Hadisə zamanı kraliça sarayda olmayıb. Lakin onun oğlu şahzadə Endryu ərazidə olub. Nəzarətə götürülən şübhəlilər girov müqabilində sərbəst buraxılıb.

Qeyd edək ki, ötən həftə özünü şahzadə Endryunun nişanlısı kimi təqdim edən 44 yaşlı qadının mülkə girməsinə icazə verilib. Lakin həqiqət üzə çıxandan sonra qadın həbs edilib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR