Serj Ərdoğana "yox" dedi

Serj Ərdoğana "yox" dedi
17:01 18 Yanvar 2015
164 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan türk həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətini qəbul etməyib.

ANS PRESS-in məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyədə aprelin 24-də qeyd edilən Çanaqqala savaşının 100 illiyilə bağlı bayram tədbirində iştirak etməkdən imtina edib.

Qərbdə Gallipoli savaşı adı ilə tarixə düşmüş Çanaqqala savaşının yubileyinə rəsmi Ankara tərəfindən 100-ə yaxın ölkənin liderlərinə dəvətnamələr göndərilib. Hökumət rəsmilərindən biri Sarkisyana göndərilən məktubda, “Çanaqqalada şəhid olan əsgərlər arasında ermənilər də olub, birlikdə vuruşmuşuq” – fikri vurğulandığını deyib.

Sarkisyan Türkiyə prezidentinə yazdığı cavab məktubunda Ankaradan əvvəlcə aprelin 24-də Ermənistanda qeyd olunan Osmanlı Türkiyəsi dövrünə aid erməni qırğınını tanımağı təklif edib.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illliyinə ABŞ prezidenti Barak Obama da dəvət ediləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan və Baş nazir Davudoğlu aprelin 23 və 24-də keçiriləcək görkəmli tədbirə dəvət etmək üçün 102 ölkə başıçısına məktub yollayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR