Avropada böyük hərbi hərəkətlilik başladı:

NATO son 25 ilin ən böyük təlimlərinə başlamaq üçün hazırlıqları tamamlamaq üzrədir.

Metbuat.az xəbər verir ki, 26 ölkənin iştirakı ilə təşkil ediləcək “Defender Europe-21” adlı təlimlər Balkan yarımadası da daxil olmaqla ümumilikdə 12 ölkədə keçiriləcək. Məşqlərə aralarında türkiyəli hərbçilərin də olduğu 28 min əsgər, təyyarələr, helikopterlər, zirehli texnikalar və digər texnikalar cəlb edilir. Hərbi qüvvələr təlim düşərgələrinə daşınır.

Bu təlimlər Rusiyaya qarşı güc nümayişi kimi dəyərləndirilir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR