Parkda DƏHŞƏTLİ ANLAR:

Qazaxıstanın Uralsk şəhərindəki attraksionunda dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Uralskaya nedelya” xəbər yayıb.

Qəza mayın 2-də şəhər mədəniyyət və istirahət parkındakı Kaleidoscope attraksionunda baş verib. Şahidlərin sözlərinə görə, yüksək sürətlə fırlanan attraksion birdən-birə dayanıb. Bu zaman qəfil dayanma nəticəsində uşaqlar bir-birinə çırpılmağa başlayıblar. Məlumata əsasən zərbə nəticəsində kəllə-beyin travması alan uşaqların altı-on yaş arasında olduğu bildirilib. Tibbi yardım göstərildikdən sonra bütün uşaqlar ambulator müalicəyə göndərilib. Sosial şəbəkələrdə hadisənin baş vermə səbəbi kimi karuselin təcili dayanmasına səbəb olan ötürmə mexanizminin iş prinsipinin gözlənilməz halda pozulması barədə məlumatlar yayılıb.

Xatırladaq ki, analoji hadisə bir neçə il öncə də həmin parkda başqa bir attraksionun texniki nasazlığı səbəbindən baş vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR