Bayden qaçqınların ABŞ-a qəbulu limitini artırdı

ABŞ prezidenti Co Bayden 2021-ci il maliyyə ilində qaçqınların qəbulu limitini 62,5 min nəfərə qədər artırıb.

Metbuat.az xəbər verir ki, Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış bəyanatda bildirilir ki, yeni limit əvvəlki rəhbərlik tərəfindən təyin olunmuş, Amerikanın qaçqınları qəbul edən və dəstəkləyən bir ölkə kimi dəyərlərini əks etdirməyən, tarixən 15 000 nəfərlik aşağı kvotasını ləğv edir.

Sənəddə deyilir ki, qaçqınların qəbulunun yeni limiti həmçinin qaçqınların qəbulu məsələsində ABŞ-ın imkanlarının genişləndirilməsi üzrə təşəbbüs göstərilən səylərə imkan yaradacaq. Bu da növbəti maliyyə ilində ABŞ-ın 125 min qaçqını qəbul etməyə nail olacağı deməkdir.

2021ci ilin maliyyə ilində 15 min nəfərlik kvota oktyabrın sonunda ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən müəyyənləşdirilmişdi. Bu, 1980-ci ildən minimal göstəricidir. 2020-ci il maliyyə ilində limit 18 min insan təşkil edib və 2019-cu il ilə müqayisədə demək olar, iki dəfə azaldılıb. Qeyd edək ki, Co Bayden prezident seçkiləri ərəfəsində seçicilərinə ABŞ-a qaçqınların qəbulu limitini artıracağını vəd vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR