x
Loading...
.

DƏHŞƏTLİ SSENARİ: Asteroid yerə çırpılır - Milyonlarla insan təxliyə edilməlidir

.

NASA və Avropa Kosmik agentliyinin alimləri Yer planeti ilə toqquşma ehtimalı olan şərti asteroidlə bağlı simulyasiya hazırlayıb.

Metbuat.az Böyük Britaniyada nəşr olunan "express" qəzetinə istinadən xəbər verir ki, toqquşmanın baş verəcəyi təqdirdə yaşana biləcək ssenarilər nəzərdən keçirilib. Göy cisminin dayandırılması üçün seçimlər müzakirə edilib. Ssenariyə görə, “2021 PDC” adlı asteroid 6 ay sonra Yerlə toqquşacaq. Ssenaridə göy daşının çırpılacağı bölgə Avropa və Şimali Afrika müəyyən edilib. Yəni TürkiyəAzərbaycan kimi ölkələr də “təhlükəli bölgə”də yer alıb.

Təlimin nəticəsinə görə, belə hadisə baş verərsə fəsadı nüvə partlayışına bərabər olacaq. Alimlər hesab edir ki, belə hadisə zamanı asteroidin qarşısını almaq mümkün olmasa insanları xilas etmək üçün onlar başqa regionlara təxliyə edilməlidir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR