x
Loading...

Smartfonları ilə yatanlara BƏD XƏBƏR: Sinir hüceyrələrini...

.

"Sinir sistemini həyəcanlandırmamaq və bədəni yuxuya hazırlamaq üçün gecələr mobil cihazdan istifadə etməmək lazımdır".

Metbuat.az-ın məlumatına görə bu barədə Roytberq klinikasının mütəxəssisi Maxim Novikov maraqlı açıqlama verib.Onun sözlərinə görə, adətən insanlar gecə yuxudan oyanan kimi nə qədər yatdıqlarını yoxlamaq üçün ya mobil telefona, ya da saatlarına baxırlar. Bu zaman ekrandan çıxan parlaq işıq melatonini məhv edərək insanın sinir sisteminin qıcıqlanmasına səbəb olur. Ona görə də gecələr yuxudan oyansanız da, nə qədər yatdığınızı və nə qədər yuxuda qaldığınızı yoxlamaq üçün mobil telefonu götürməmək lazımdır.

Mütəxəssis eyni zamanda yuxu fazalarını təyin edən ağıllı cihazlardan da imtina etməyi də tövsiyə edir, çünki onların da etibarlılığı hələ sübut olunmayıb.

“Praktikada cihazlar həqiqi mənzərə ilə üst-üstə düşməyən ziddiyyətli nəticələr göstərir. Axı, yuxunu analiz etmək üçün bir çox fərqli sensorun göstəricilərindən istifadə etməlisiniz. Biləyinizdə bir saat ilə ciddi bir dərin araşdırma edə bilməzsiniz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR