x
Loading...
.

Peyvənd olunmaq üçün pulsuz pivə TƏKLİFİ

.

ABŞ-da koronavirus peyvəndinə diqqəti cəlb etmək üçün maraqlı üsula əl atıblar.

Metbuat.az xəbər verir ki, ABŞ-ın New Jersey əyalətinin qubernatoru Fil Mörfi, ştatın 21 yaşdan yuxarı hər vətəndaşına may ayında koronavirus əleyhinə peyvənd ediləcəyi təqdirdə bir stəkan pivə vəd edib. Qubernatorun sosial şəbəkədə paylaşdığı statusuna əsasən, may ayında ilk doz peyvəndini alan hər kəs bunu təsdiq edən sertifikatla birlikdə pivə zavoduna gəlib öz pulsuz bir stəkan pivəsinə ala bilərlər.

Amma qısa zaman ərzində onun bu fikirlərinə izləyicilər kəskin cavablar yazıblar. Onlar qubernatorun sakinlərə alkoqolla "rüşvət vermək" niyyətini tənqid edərək peyvəndə görə pivə zavodlarını ziyarət etmək istəmədiklərini bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR