x
Loading...

Qərar verildi: Türkiyə bölgədə nəhəng baza qurur

.

Türkiyə İraqın şimalında nəhəng baza qurmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, ABŞ-ın İraqda fəaliyyət göstərən “El Hurra” televiziyası keçmiş iraqlı generala istinadən belə xəbər yayıb. İddialara görə, nəhəng baza Türkiyə ordusunun Metina bölgəsindən Suriya sərhədinə qədər ərazini nəzarətdə saxlaması üçün inşa ediləcək.

Bildirilir ki, Türkiyə artıq bu barədə yekun qərarını verib və bazanın qurulması üçün hazırlıqlar başlayıb. Ankara iddialara hələlik rəsmi açıqlama verməyib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR