Tanınmış bloqer Azərbaycanda dünyanın ən bahalı avtomobillərindən birini test edib -

Avtomobil bloqeri və jurnalist Alan Yenileev Azərbaycanda "Ferrari Testarossa" markalı avtomobilin test sürüşünü edib.

Metbuat.az xəbər verir ki, A.Yenileev bu barədə məlumatı öz "Instagram" səhifəsində paylaşıb.

"Aranızda "Ferrari" pərəstişkarlarınız varsa, şərhlərdə "Testarossa" ilə bağlı ən maraqlı məlumatları oxumaqdan məmnun olacağam.

Bu, həyatımın ən həyəcanlı anlarından biridir, keçmiş əfsanənin gerçək bir şəkildə yenidən oyanmasıdır", - deyə avtomobil bloqeri öz paylaşımına əlavə edib.

Qeyd edək ki, 1984-1996-cı illər aralığında istehsal olunan sportkar 12 silindrli 5 litr həcmli mühərriklə təchiz olunub. Öz dövrünün ən son texnologiyalarının istifadə edildiyi mühərrik 390 at gücü hasil edirdi. Mexaniki sürətlər qutusu və yeni opozit tipli mühərrik 0-dan 100-ə qədər sürətlənməni 5.2 saniyəyə təmin edirdi. Satışa çıxarıldığı ilk günlərdə qiymətinin (181 000 ABŞ dolları) fantastik dərəcədə baha olmasına rəğmən "Ferrari" markasının fanatları bu maşına biganə qalmadı.

10 000 ədəd buraxılan bu model hazırda bütün dünyada raritet model sayılır.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR