x
Loading...

“Qarabağ”ın qapıçısı meydanı göz yaşları içində tərk etdi

.

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.

Metbuat.az xəbər verir ki, 27 yaşlı qolkiper bu gün Premyer Liqanın 25-ci turu çərçivəsində baş tutan “Zirə” ilə oyunun ilk hissəsində sıradan çıxıb.

Sağ bud nahiyyəsindən zədələnən Məhəmmədəliyev oyunu davam etdirə bilməyib. O, meydanı göz yaşları içində tərk edib. Məşqçilər korpusu Şahruddinin əvəzində Emil Balayevi meydana buraxıblar.

Xatırladaq ki, Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”lə səfər matçında (1:1) da başından ağır xəsarət almışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR