Erməni əsgər döyüş mövqeyində öldürüldü -

Ermənistan ordusunun hərbi qulluqçusu Artyom Melkonyan döyüş mövqeyində öldürülüb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, mayın 4-ü saat 20:00-da ölkənin cənubunda yerləşən hərbi hissələrdən birində 2002-ci il təvəllüdlü Artyom Melkonyan əsgər yoldaşının silahından vurulub. Sözügedən əsgərin silahla rəftar qaydalarını pozduğu üçün atəş açıldığı bildirilir.

Faktla bağlı araşdırma başladılıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR