Hindistanda dəhşətli vəziyyətin səbəbi açıqlandı

Hindistanda koronavirusa yoluxmaların artmasına hökumətin səhlənkar davranışı səbəb olub.

Metbuat.az xəbər verir ki, hindistanlı ekspertlərin sözlərinə görə, İtaliyada, İranda və ABŞ-da yoluxmaların sürətlə artdığı dövrdə Hindistanda vəziyyət normal olub. Bu vəziyyət hökumətdə rahatlıq yaradıb. Holi festivallarının və kütləvi tədbirlərin keçirilməsinə icazə verilib. Nəticədə milyonlarla insan bir araya gəlib. Üstəlik səhiyyə sistemindəki problemlər hazırki vəziyyətin yaşanmasına səbəb olub.

Qeyd edək ki, Hindistanda gündəlik yoluxma dörd yüz min civarındadır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR