Kenedinin GİZLİ eşq məktubları

ABŞ-ın keçmiş prezidenti Con Kenedinin, İsveçli aristokrat sevgilisi Qanila von Posta yazdığı məktub hərraca çıxarılıb.

Metbuat.az xəbər verir ki, onlayn hərrac 12 mayda başa çatacaq. Məktub Kennedinin həyat yoldaşı Jaklin ilə evlənəndən bir müddət sonra yazılıb. Kenedi yazır ki, "Keçən yay sizinlə çox yaxşı vaxt keçirtdim. Həyatımın parlaq bir xatirəsi idi. Mükəmməlsən və mən sənin üçün darıxıram.Əgər evlənməsəniz sizi görmək istərdim. ”

John F. Kennedy’nin yasak aşkına yazdığı mektup açık artırmada - 6

Məlumata əsasən, Con Kenedi ilə Qanilla von Post arasında olan əlyazmaların 1953-cü ilin yayında Fransız Rivierasındakı görüşündən sonra göndərildiyi məlum olub.

Məktubun bir yerində Kennedinin "Səni görmək üçün can atıram" ifadəsi daha çox diqqət çəkib. Qeyd edək ki, Kenedi və Post bir-birlərini sonuncu dəfə 1958-ci ildə bir qala mərasimində görüblər. 1956-cı ildə Kennedi Post ilə görüşməyi təklif etsə də, Post nişanlandığı üçün əlaqəsini kəsərək, məktublaşmağı da dayandırıb.

Kenedi 1963-cü ildə sui-qəsd nəticəsində, Post isə 2011-ci ildə yaşlanaraq ölüb.

John F. Kennedy'nin hərracda qadağan edilmiş sevgi üçün yazdığı məktub - 3

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR