Qarabağda döyüşən muzdlu terrorçunun görüntüləri

Vətən Müharibəsində Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak edən muzdlulardan biri Livan vətəndaşı Eulcekcian Viken Abrahamın görüntüləri yayılıb.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ikinci Qarabağ müharibəsi zamanı çəkilən görüntülər səngərlərdən birində qeydə alınıb.

Görüntülərdən muzdlu terrorçunun Azərbaycana qarşı silahlandığı açıq-aydın görünür.

Qeyd edək ki, Qeyd edək ki, adəçəkilən muzdlulunun məhkəməsi başlayır. Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR