x
Loading...

Veb brauzerlerlərinin reytinqi açıqlanıb

.

“StatCounter” analitik şirkəti ötən ay üzrə qlobal brauzer bazarındakı vəziyyəti əks etdirən statistik məlumatlar dərc edib.

Metbuat.az “ICTnews”a istinadən xəbər verir ki, məlumatlara əsasən, bazar payı 67,6% təşkil edən “Google Chrome” uzun illər ərzində masaüstü brauzerlər bazarında lider qalmağa davam edir. Reytinqdə auditoriyasının sayına görə ikinci yeri “Safari” brauzeri (9,9%), üçüncü yeri “Microsoft Edge” (8%), dördüncü yeri isə “Firefox” (7,8%) tutublar.

Yığcam qurğuların istifadəçilərinə aid olan mobil sahədə 63,2% bazar payına sahib “Chrome” liderliyini qoruyub saxlayır. Populyarlığa görə ikinci yeri “Safari” (24,4%), üçüncü yeri isə “Samsung Internet Browser” (6%) tutublar. Cihaz sahiblərinin təxminən 2,3%-i Çinin “UC Browser”nə üstünlük verirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR