x
Loading...

GÖZLƏNİLMƏZ GÖRÜŞ: Putin və Bayden Bakıya gəlir?

ABŞ prezidenti Co Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putinin üçüncü ölkədə keçirməyə hazırlaşdıqları görüşlə bağlı maraqlı məlumat yayılıb.

Metbuat.az xəbər verir ki bu barədə, ABŞ-ın nüfuzlu "Politico" nəşrinin yazdığına görə, prezidentlər arasında iyun ayına planlaşdırılan görüş Bakıda baş tuta bilər.

Bakının bu görüşün keçirilməsi baxımından imkanlarını qiymətləndirən nəşr bildirib ki, bu şəhərə gediş ABŞ prezidenti üçün xüsusi bir gəzinti ola bilər.

“Ancaq Azərbaycanın həm Vaşinqtonla, həm də Moskva ilə möhkəm münasibətləri olmasına baxmayaraq, Baydenin ora getməsi ehtimalı da azdır. Buna səbəblərdən biri kimi 2020-ci ildə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı qısa müharibədir”,-deyə nəşr yazır.

Əgər Baydenin Bakıya səfəri gerçəkləşsə, bu, çox güman ki, Ermənistanı və eləcə də amerikalı erməniləri təhqir etmək kimi sayılacaq. Nəşr buna səbəb kimi yazır ki, Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərindəki “erməni soyqırımı”nı tanımaqla dünya ermənilərini sevindirmiş oldu.

Məqalədə prezidentlərin görüşü üçün ən yaxşı variantın İslandiya paytaxtı Reykyavik ola biləcəyi qeyd olunur. Bəzi ABŞ rəsmiləri və kənar analitiklər İslandiyanın potensial bir məkan ola biləcəyini söyləyirlər. Reykyavik 1986-cı ildə SSRİ prezidenti Mixail Qorbaçovla ABŞ lideri Ronald Reyqan arasında məşhur görüşün səhnəsi olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR