Lavrovdan Qarabağla bağlı açıqlama

“Qarabağda vəziyyət böyük ölçüdə normallaşıb və rusiya sülhməramlıları qeydə alınan kiçik insidentləri sürətli şəkildə həll edir”.

Metbuat.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Ara Ayvazyanl görüşü zamanı belə deyib. Lavrov bildirib ki, Qarabağla bağlı Baş nazir köməkçiləri səviyyəsində 3-lü çalışma qrupu fəal şəkildə işini davam etdirir.

Diplomatın sözlərinə görə, Rusiya Bakı və İrəvan arasında əlaqələrin qurulmasına dəstək olmağa çalışır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR