“Zəngəzur savaşı” qızışır:

Rusiyanın xarici işlər Sergey Lavrov İrəvanda erməni həmkarıyla birgə keçirdiyi mətbuat konfransında belə bir cümlə işlədib: “Minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edərək bildirdi ki, görünür, Lavrov “minalardan təmizləmə” dedikdə ancaq rusiyalı hərbçilərin Qarabağda öz ətraflarını təmizləməsini nəzərdə tutub. Halbuki, ermənilər harda gəldi minalar basdırıblar.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır" »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ

"Azərbaycan vətəndaşları müharibədən sonra minaların partlamasından həlak olurlar, çünki ermənilər xəritələri bizə vermək istəmirlər. Bu haqda Lavrov İrəvanda heç nə deməyib. O ki, qaldı Lavrovun cümləsindəki “dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır” hissəsinə, Qarabağda dini və mədəni irsi də biz özümüz bərpa edirik. Görünür, Lavrov bu cümlədə də “ermənilərə aid olanları” nəzərdə tutub".

Elxan Şahinoğlu deyir ki, Lavrov həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib. Amma Azərbaycanın bu “zərurətə” də ehtiyacı yoxdur.

Aprelin 24-də ATƏT-in baş katibi və Sergey Lavrov Dağlıq Qarabağ  münaqişəsini müzakirə edəcəklər

"Serger Lavrov erməni jurnalistlərdən birinin Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin işə salınmasıyla bağlı sualına da belə cavab verib ki, kommunikasiya xətlərinin açılması tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında açılmalıdır. Yəni Lavrovun məntiqindən çıxış etsək, əgər Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz. Beləliklə, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb. Görək Lavrov Bakıda nə deyəcək? Ona minalanmış ərazilərin xəritəsindən tutmuş “İsgəndər” raketlərinə qədər suallar vermək lazımdır. Qeyd edim ki, Lavrov İrəvanda “soyqırım abidəsini” ziyarət edib, Bakıda da “”Şəhidlər Xiyabanını” ziyarət etməlidir."

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR