Çindən idarəetmədən çıxan raketlə bağlı açıqlama

Çin, ötən həftə idarəetmədən çıxaraq dünya istiqamətində irəliləyən 21 tonluq raketlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, hökumətin açıqlamasına görə, raket dünya üçün təhlükə törətmir. İddialara görə, raket atmosferə daxil olandan sonra yanaraq hissələrə parçalanacaq.

Qeyd edək ki, raketin 41 dərəcə şimal və ya cənub enliyində düşə biləcəyinə dair təhlükə var.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR