Britaniya geri addım atdı -

Böyük Britaniya Fransa ilə gərginliyə görə Cersi adasına göndərdiyi hərbi gəmiləri geri çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə CNN televiziyası məlumat verib. Qeyd edək ki, La-Manş boğazı ətrafında Böyük Britaniya və Fransa arasında balıq ovu ilə bağlı yaşanan gərginlik dərinləşir. Britaniyanın fransız balıqçılara ölkə sahillərində balıq ovunu qadağan etməsi Parisin etirazına səbəb olub.

Fransa tərəfi iddia edir ki, London “Brexit” sazişində Avropa Birliyi ölkələrinə krallıq sahillərində ov etməsinə icazə verəcəyinə dair öhdəlik götürüb. Lakin əməl etmir. Ötən gün yüzlərlə fransız balıqçı Cersi adası sahillərində ov etmək hüquqularının təmin edilməsi üçün aksiya təşkil edib. Britaniya isə buna qarşılıq olaraq bölgəyə iki hərbi gəmi göndərmişdi.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR