"28 May"da nə baş verir? -

Daxili İşlər Nazirliyi bu gün Bakıda aksiya keçirməyə cəhd edənlərlə bağlı açıqlama verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

"Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR